Bakı. Trend:

Yunanıstanın "Skai" telekanalının binası yaxınlığında güclü partlayış olub.

Trend-in məlumatına görə, hadisə binaya bomba qoyulması barədə telefon zəngindən sonra yerli vaxtla saat 02:35-də qeydə alınıb.

Partlayış nəticəsində telekanalın studiyasında pəncərələr sınıb.

"Skai" əməkdaşları vaxtında təxliyə olunduğu üçün heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin