Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni əsgər yaralandı – gözündən vurublar

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni əsgər yaralandı – gözündən vurublar
12:08 17 Dekabr 2018
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər yaralanıb.

Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, dekabrın 16-da Xankəndi hərbi hospitalına yaralı hərbi qulluqçu gətirilib. Onun gözündə güllə yarası var. Əsgərin vəziyyətinin çox ağır olduğu bildirilir.

Hərbi qulluqçuya ilkin zəruri tibbi yardım göstərilsə də, hazırda onun Yerevandakı "Muratsan" hospitalına aparılmasına hazırlıq görülür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/karabakh/2994683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR