Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Azərbaycan Respublikasının sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericiliyin çərçivə planının müzakirəsinə dair konfrans başlanıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel və başqaları iştirak edir.