Dəm qazı toyda 17 nəfəri zəhərlədi - İranda

Dəm qazı toyda 17 nəfəri zəhərlədi - İranda
18:42 17 Dekabr 2018
29 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın Həmədan vilayətində şadlıq sarayında dəm qazı 17 nəfərin zəhərlənməsinə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Həmədan vilayəti tibbi hadisələr və təcili yardım mərkəzinin ictimai əlaqələr şöbəsinin müdiri Abbas Övliya Səmi deyib.

Onun sözlərinə görə, hadisə ötən gecə Hesare Motəhhəri rayonunda baş verib. Zərərçəkənlər xəstəxanalara yerləşdirilib.

Zəhərlənənlər arasında 6 gənc qadın var. Hadisədə ölən olmayıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/713302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR