Vatikanda çılpaq şəkil çəkdirən qalmaqallı Playboy modeli saxlanılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Vatikanda çılpaq halda, əlində iri xaç tutan Playboy modeli Marisa Papen nəzarət kamerasına salınıb.

Belçikalı model Marisa Papen St Peter's Basilica abidəsinin qarşısında lüt poza verib.

Başqa bir fotoda isə Marisa çılpaq halda "İncil"in üstündə (xristianların müqəddəs kitabı) oturub.

Onun şəhərin müxtəlif müqəddəs yerlərində çəkdirdiyi fotolar qalmaqal yaradıb.

Qeyd edək ki, Marisa bir müddət əvvəl Misirdə, İsraildə və İstanbuldakı Aya-Sofiya məbədində də lüt şəkillər çəkdirmişdi. O, fotolarını avstraliyalı fotoqraf Cesse Ualkerə çəkdirir.

Emin
Milli.Az