Qardaşı arvadını yandırıb öldürən şəxsə 17 il cəza verildi

Qardaşı arvadını yandırıb öldürən şəxsə 17 il cəza verildi
09:15 19 Dekabr 2018
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Əsgərov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, Sabunçu rayonunda İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb.

X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/2995388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR