Nüfuzlu “Janes” agentliyi DSX SQ-nin Qazax və Ağstafaya

“Azərbaycan sərhədlərində qoşunların sərhədçilərlə qismən dəyişdirilməsi, ehtimal ki, müharibə risklərini azaldacaq”.

Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, nüfuzlu “Janes” nəşri Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına həvalə olunmasına toxunub.

Nəşr, bunu 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlardan sonra Ermənistanla qarşılıqlı etimad tədbirlərinin artırılması üçün ən əhəmiyyətli deeskalasiyaedici tədbir olaraq dəyərləndirib.

“Atəşkəs pozuntularının azalması, sərhəddən və təmas xəttindən ağır silahlarının çıxarılması müşahidə edilən digər göstəricilər arasındadır.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bu qərarı sərhədçilərin yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması və prezidentin bu prosesə güvənməsindən qaynaqlanması ilə izah edib. Bundan öncə, Azərbaycan sərhədçiləri yalnız İran və Rusiya ilə dövlət sərhədlərini qoruyublar və hər iki dövlətin Azərbaycanla dostluq münasibətləri var.

Prezident Əliyevin qərarı, Azərbaycan-Ermənistan əlaqələrində orta səviyyəli bir inkişafın olduğunu göstərən digər inkişaflar fonunda ortaya çıxıb. Bunların ən əsası 2018-ci ilin sentyabr ayında Düşənbə şəhərində keçirilən MDB sammiti çərçivəsində iki lider arasında cəbhə xəttində gərginliyin azaldılması məqsədilə birbaşa rabitə xəttinin açılmasına dair əldə olunan qeyri-rəsmi razılaşma olub"- deyə nəşr yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR