Amerikalı aktrisa Blanka Blanko Mərakehdəki beynəlxalq kinofestivaldan qayıdıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 37 yaşlı aktrisa ABŞ-ın Kaliforniya ştatındakı Kalabasas şəhərində villada, hovuz kənarında olarkən çəkilmiş fotolarını İnstagram-dakı profilində paylaşıb.

B.Blankonun villası Kaliforniyanın cənubunda tüğyan etmiş "Woolsey Fire" yanğınında yanıb kül olmuşdu.

Milli.Az