Niyam Salami "Zaurla Günaydın"da etdiyi etirafla təəccübləndirib.

Milli.Az xəbər verir ki, məşhur müğənni illər öncə "7-17" mahnı müsabiqəsində iştirak etmək istəsə də qardaşının onun ağladaraq geri qaytardığını etiraf edib.

Niyam qardaşının Rusiyaya getməsindən sonra sevdiyi peşəyə doğru ilk addımlarını atmağa başladığını sözlərinə əlavə edib:

Qardaşının müğənni olmaq istədiyini eşidən şəxs onu döyüb - Vaxt var idi məni ... - VİDEO

"Saat 9-a qədər işləyirdim, 9-dan sonra gedirdim səhnədə oxuyurdum. 9-a qədər aşbaz kimi də işləyirdim, hər şey edirdim. Təki çörək pulu qazanım.

İndi bilirsən nəyə sevinirəm?! Bir də görürsən qardaşım wathsapp-a yazır ki, "Nə oxumusan, təzə nəyin var?" Deyə bilmirəm ona ki, "Vaxt var idi məni niyə qoymurdun oxumağa?" O toyda olanda mən qələt edərdim toyda əl açıb oynayım. Çox zəhmlidir".

Ətraflı videoda:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qardaşının müğənni olmaq istədiyini eşidən şəxs onu döyüb - Vaxt var idi məni ... - VİDEO Qardaşının müğənni olmaq istədiyini eşidən gənc onu döyüb