Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Milli.Az