Ermənistan ordusunun 2018-ci ilin noyabr ayına olan

Ermənistan ordusunun 2018-ci ilin noyabr ayına olan itkiləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, noyabrın 1-dən 30-dək işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan bölmələr də daxil olmaqla Ermənistan ordusunun itkiləri haqqında məlumat yayılıb.

Məlumatda, qeyd olunan dövr ərzində 6 ölüm faktının baş verməsi göstərilib ki, onlardan hamısı qeyri-döyüş itkiləridir.

Qeyri-döyüş itkiləri:

- Noyabrın 6-da işğal altında olan Ermənistanın Qarabağda qanunsuz dislokasiya olunan hərbi hissələrindən birində 2000-ci il təvəllüdlü Aristakes Eduardoviç Azatyan aldığı odlu silah yarası nəticəsində ölüb. Özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb;

- Noyabrın 7-də Gorus-Qubadlı yolunda "Kamaz" markalı hərbi avtomobilin aşması nəticəsində 4 hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Hayrapet Valodyaoviç Nairyan, 1998-ci il təvəllüdlü Hrant Araoviç Qasparyan, 1998-ci il təvəllüdlü Edqar Armenoviç Hunanyan, 1998-ci il təvəllüdlü Davit Benyaminoviç Melkonyan ölüb;

- Noyabrın 7-də qar uçqunu nəticəsində 1994-cü il təvəllüdlü müqaviləli hərbi qulluqçu Mher Hovsepyan ölüb.

Ümumən 2018-ci ilin yanvar-noyabr ayları ərzində Ermənistan ordusunun 42 hərbi qulluqçusunun ölüm faktı haqqında məlumat verilib.//Ordu.az

Qışın ilk gününün proqnozu - Güclü külək əsəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR