Ajda Pekkan ilk dəfə olaraq 8 ildir birlikdə olduğu 50 yaşlı sevgilisi - Bülent Çavuşoğlu ilə münasibətləri haqqında danışıb.
Milli.Az publika-ya istinadən xəbər verir ki, ifaçı "Bülent bəy ilə münasibətiniz necə gedir" sualına "Hər şey çox gözəl gedir, yaxşıyıq" deyə cavab verib.
Məlumat üçün bildirək ki, Bülent Çavuşoğlu Pekkanla tanışlıqdan sonra 5 illik cavan həyat yoldaşı Tuğçe Eyilikdan boşanıb. Onların nikahından bir oğlu var.
Ajda Pekkan Yeni il gecəsi üçün 300 min TL-yə paltar tikdirməsi barədə yayılan şayiələri inkar edib:
"Doğru deyil, o pula paltar tikdirmərəm. Geyimlərimə düşünüldüyü kimi çox məbləğ xərcləmirəm".
Milli.Az