Hərbi Prokurorluğun iki işçisi

Xəbər verdiyimiz kimi, dünən bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Metbuat az xəbər verir ki, yeni təyin edilən hakimlər sırasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçiləri də var. Belə ki,yeni təyinatlar olunanadək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilən Məmmədov Müşfiq Vaqif oğlu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun SQQPBMA şöbəsinin prokuroru, Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin olunan Hacıyev Pərviz Əhməd oğlu isə Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçisi vəzifəsində qulluq keçib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Metbuat.az-a məlumatı təsdiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR