Parisdə "sarı jiletlər" aksiyasında 142 nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə "sarı jiletlər"in yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları zamanı 142 nəfər saxlanılıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, bu barədə "BFM" telekanalı Fransanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Daha əvvəl 79 nəfərin saxlanıldığı bildirilirdi. Ümumilikdə Parisdə etiraz aksiyalarında 2 minə yaxın insan iştirak edib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR