Bu qədər də olmaz

Bodi və ya Meen qəbiləsi Efiopiyanın cənubunda Omo vadisi yaxınlığında yarı köçəri bir həyat yaşayırlar.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, bu qəbilə iyun ayında yeni il mərasimləri üçünqeyri-adi yarışlar təşkil edir.

Kael mərasimində təşkil olunan bu yarışmaya yalnız subay kişilər qatıla bilir.

Yarışmanın məqsədi isə sözün əsl mənasında “ən böyük” ola bilməkdir. Hədəf bədən ağırlığını ən az iki qatına çıxara bilməkdir. Yarışma Kael mərasimindən 6 ay əvvəl başlayır və və yarışmaçılar bu müddət ərzində ağılalmaz bir pəhriz saxlayırlar.

Bu pəhriz müddətində yarışmaçılar sadəcə süd və qan içirlər. Qan Afrikanın yüksək istiliyində çox tez laxtalandığı üçün iştrakçılar təxminən 2 litr qanı bir dəfəyə içməyə məcburdurlar.

Onlar lazım olan qanı əldə etmək üçün heyvanların boynundan bir deşik açırlar. Daha sonra deşiyi bağlayaraq heyvanları istirahətə buraxırlar.

Yarışma günü gəlib çatdıqda isə bədənlərinə palçıq və gil vururlar. Başlarına da böyük bir tük taxırlar.

Ən sonda da çadırlarından çıxaraq çıxıb kəndin müqəddəs hesab edilən ağacının ətrafında 4 saat boyunca yeriyirlər. Kəndin yaşlıları və kişilər yarışmanı izləyərək qalibi müəyyən edirlər.

Böyle Gelenek Görülmedi! 6 Ay Boyunca İnek Kanı İçip, Yarışa Hazırlanıyorlar

https://metbuat.az/news/1098834/30-il-emeliyyat-ol...

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR