Məşhur türk aktyoru Şahan Gökbakar həyat yoldaşı Selinin ad gününü Danimarkanın paytaxtı Kopenhagendə qeyd edib.
Metbuat.az “Ölkə.Az”a istinadla xəbər verir ki, komediya ustasının sosial şəbəkədəki paylaşımları diqqətə səbəb olub.
Cütlük bir neçə ay əvvəldən dünyanın ən yaxşı restoranı sayılan “Noma”da yer ayırtdırmışdı. Şahan xanımının 32-ci yaş gününü burada qeyd edib. Komediya ustasının böcək yeyərkən çəkdirdiyi foto İnstaqramda böyük marağa səbəb olub. Şahan isə fotonun altına “əslində meyvə qabığıdır amma böcək şəklindədir” rəyini yazıb.
Qonaqları çaşdırmaq üçün belə üsullara əl atan restoranda bir nəfərlik yeməyin qiyməti 2.500 lirədir (800 manata yaxın).