"Beşiktaş" baş məşqçisi Şenol Güneşlə bağlı qərarını verib.
Metbuat.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı klub prezidenti Fikret Ormanla türk mütəxəssis arasında görüş olub. Baş məşqçi ilə əməkdaşlığın davam etdirilməsinə qərar verilib. Görüş zamanı transferlərlə bağlı da danışıqlar olub.
Qeyd edək ki, "Beşiktaş"ın ölkə çempionatında "Kasımpaşa"ya 1:4 hesablı məğlubiyyətindən sonra Ş.Güneşlə yolların ayrılacağı iddia olunurdu.