Türkiyənin Konya şəhərində Hayrettin Bulan adlı adam itlərin aclıq və soyuqdan ölümlərinə diqqət çəkmək məqsədilə üç itin ölüsünü simvolik olaraq kəfənləyərək Büyükşehir bələdiyyə binasının qarşısına gətirib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, burada itlərin ölüləri ilə binaya girmək istəyən adama polislər icazə verməyib. Hayrettin Bulan daha sonra bələdiyyəyə qəbul edilərək vəzifəlilərlə görüşdürülüb.

Hayrettin Bulan çox sayda küçə itlərinin aclıqdan və soyuqdan öldüyünü bildirərək bütün vətəndaşları küçə itlərinə qarşı diqqətli olmağa çağırıb.

Daha sonra itlərin ölüləri baytarlar tərəfindən bələdiyyənin qarşısından götürülərək basdırılıb.

İtlərin ölümünə diqqət çəkmək üçün kənfənləyərək

İtlərin ölümünə diqqət çəkmək üçün kənfənləyərək

http://metbuat-az.com/news/1099639/bunu-etseniz-si...