Azərbaycanın şokolad istehsalçısı İrana məhsul ixrac edəcək

Azərbaycanın ən iri şokolad istehsalçısı – "Ulduz" qənnadı fabriki öz məhsulunun ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Trend-ə müəssisədən bildiriblər.

Məlumata əsasən, hazırda fabrik öz məhsulunu Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan və İsrailə ixrac edir:

"Bizim üçün İran bazarı ixrac baxımından cəlbedicidir və biz bu istiqamətdə məhsul ixracını həyata keçirməyi planlaşdırırıq".

Qeyd edək ki, "Ulduz" qənnadı fabriki "Veysəloğlu-Yaycılı-Qardaşlar" MMC-nin tərkibinə daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR