"Chelsea"nin futbolçusu Sesk Fabreqas "Monaco"ya keçməyə yaxındır.Milli.Az Goal.az-a L'Equipe-ə istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı yarımmüdafiəçi sabiq komanda yoldaşı olan "Monaco"nun baş məşqçisi Tyerri Anrinin rəhbərliyi altında oynamaq istəyir.Tərəflərin razılığa gəldiyi və transferin gələn həftə rəsmiləşəcəyi bildirilir. Qeyd edək ki, bir müddət öncə "Milan"a keçəcəyi deyilən futbolçunun mövsümün sonunda "Chelsea" ilə müqaviləsi bitir.Milli.Az