NASA-dan TARİXİ UĞUR - "Dünyanın sonu"nun FOTOSU çəkildi

ABŞ-ın Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) tarixi uğura imza atıb.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, NASA Günəş sistemindən ən uzaq məsafədə yerləşən sirli obyektin görüntülərini əldə edib.

30 il öncə kəşf edilən ən uzaq bölgədən çəkilən görüntülər “New Horizons” (Yeni Üfüqlər) adlı kosmik gəmi vasitəsilə əldə olunub.

Qeyd edək ki, “Ultima Thule” adlı bu bölgənin ətrafındakı orbitə kilidlənmiş iki kiçik planetdən ibarət olduğu ehtimal edilirdi. Günəş sisteminə 6,4 milyard km uzaq yerləşən “Ultima Thule” göy cismi Kuiper Kuşağı adlandırılan bölgədə yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR