ABŞ Yaponiyada ballistik raketlərə qarşı

ABŞ ordusu bu il ilk dəfə Yaponiyanın Okinava adasında ballistik raketlərə qarşı təlimlər keçirəcək.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumət mənbələri tərəfindən yayımlanmış hesabatda məlumat verilib.

Məlumata görə, ABŞ Okinavada təlimlər üçün istifadə ediləcək yer-dəniz tipli raketlərin yerləşdirilməsi barədə Yaponiya hökuməti ilə müzakirələrə başlayıb. Təlimin Çindən gələn ballistik raket təhlükəsinə qarşı həyata keçiriləcəyi və raket atıcı qurğularının da sınaqdan keçiriləcəyi bildirilib.

Ekspertlər, son zamanlarda Çinin Yaponiya adaları yaxınlığında, xüsusilə də, ABŞ qoşunlarının yerləşdirildiyi Okinavada hərbi mövcudluğunu artırmağa çalışdığını və Vaşinqtonun bundan narahatlıq duyduğunu düşünürlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR