Vaşinqton ştatında yarımavtomatik silahların

ABŞ-ın Vaşinqton ştatında sakinlərin odlu silahdan istifadəsini məhdudlaşdıran qanun qəbul edilib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2019-cu ilin yanvarından qüvvəyə minən qanuna görə, yarımavtomatik silahlar yalnız 21 yaşına çatmış şəxslərə satıla bilər. Yeni qanun ötən ilin noyabrında keçirilmiş aralıq seçkilərin nəticəsində qəbul olunub.

Həmin vaxt ştatda seçicilərin 59 faizi yeni məhdudiyyətlər haqqında təklifləri dəstəkləyib. Onların qənaətinə görə, bu addım kütləvi atışma hallarının qarşısını almaqda və hüquq-mühafizə orqanlarının odlu silahların dövriyyəsinə nəzarətin həyata keçirilməsində səmərəli ola bilər. Beləliklə, uzunlüləli silah almaq istəyən hər bir şəxs Federal Təhqiqat Bürosunda yoxlamadan keçməli olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR