Vatikanın "L'Osservatore Romano" qəzetinin məlumatına görə, İraq Prezidenti Bərham Salih Roma Papası Fransiski Bağdada dəvət edib.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Vatikanın dövlət katibi kardinal Pyetro Parolin Milad bayramında İraqın dövlət başçısı tərəfindən Bağdadın "Sülh sarayı"nda qəbul edilib.Papanın dəvəti Ərbil şəhərində yerləşən "Gildani" kafedral kilsəsi tərəfindən dəstəklənib. Bildirilir ki, bu xüsusda "Yaşasın Roma Papası!" sədaları bir neçə dəfə səslənib.Milli.Az