İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub.Milli.Az bildirir ki, "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri İraqın paytaxtı Bağdaddan 133 kilometr şimal-şərqdə, zəlzələ ocağı 49 kilometr dərinlikdə yerləşib.Hələlik dağıntılar və ya tələfat barədə məlumat yoxdur. Xatırladaq ki, noyabrda İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində 634 nəfər xəsarət alıb. Milli.Az