Dohadan Bakıya bu günə nəzərdə tutulmuş aviareys ləğv edilib
Paylaş
50 baxış·1 dəq oxu
Bakı. 8 yanvar. REPORT.AZ/ "Qatar Airways" şirkətinin bu gün həyata keçirməli olduğu Doha-Bakı reysi ləğv edilib. Bu barədə xəbəri “Report”a “Azərbaycan Hava Yolları” QSC-nin sözçüsü Paşa Kəsəmənski təsdiqləyib. Qeyd edək ki, QR-351 nömrəli avaireyst üzrə təyyarə saat 11:35-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməli idi.