Mona Liza tablosunun arxasındakı sirr elmi olaraq açıqlandı

Leonardo Davinçinin məşhur əsəri Mona Lizaya dair əfsanələrdən birinin həqiqət olmadığı sübut olunub.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, “Mona Liza təsiri” olaraq bilinən və Mona Lizanın gözləri ilə sizi hər an izlədiyi hissi yaradan vəziyyətin əslində həqiqət olmadığı ortaya çıxıb. Almaniyada edilən elmi araşdırma Mona Lizanın gözlərinin otaqdakıları izləmədiyini sübut edib.

Biegfeld Universitetində edilən araşdırmada 24 iştirakçılardan Mona Lisanın gözlərini test etmələri tələb olunub.

İştirakçılar komputer ekranında Mona Liza tablosundan alınmış 15 fərqli baxışı izləyib. Bu zaman xətkeşlə Mona Lisanın gözlərinin öz üzərlərində haraya baxdıqlarının müəyyən olunmasını istəyiblər. Bu fotolar iştirakçılara təsadufi olaraq 2 mindən çox göstərilib.

İştirakçılar təxminən 15.4 dərəcəlik bir baxışla onun sağ tərəfə axdğını müəyyən ediblər. “Mona Liza” təsirinin yaranması, yəni tablodakı şəxsin sizi daima izləməsi üçün bu baxışın ən çox 5 dərəcə olması lazımdır. Yəni, əfsanələrin əksinə Mona Liza göz təması qurmur, izləyicinin sağ tərəfinə baxır.

https://metbuat.az/news/1106846/milyonda-bir-gorun...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR