Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində qaldırıcı kran ilə lokomotiv toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd olunur ki, lokomotiv Florya rayonunda sınaq yürüşü keçirərkən elektrik naqilini təmir edən qaldırıcı maşınla toqquşub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin