Bakı. Trend:

Türkmənistandan Özbəkistana gələn yük qatarının vaqonlarından birində partlayıcı qurğu aşkar edilib.

Trend-in məlumatına görə, Özbəkistan Dövlət Gömrük Komitəsinin əməkdaşları vaqonlardan birində 200 qramlıq trotil şaşkası və onu işə salmaq üçün 1 ədəd elektrodetonaror aşkar ediblər.

Hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, istintaq davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin