Rusiyada qəzada yeddi nəfər

Rusiyanın Voronej şəhəri yaxınlığında baş vermiş avtomobil qəzasında yeddi nəfər yanaraq ölüb.

Metbuat.az xəbər verir ki, Rusiya DİN Voronej vilayəti üzrə İdarənin məlumatına görə, dekabrın 15-də günorta saatlarında “Lexus” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı yola çıxıb və “Toyota Land Cruiser Prado” və “Mitsubishi Pajero” markalı avtomobillərlə toqquşub. Nəticədə avtomobillər alışıb, nəqliyyat vasitələrində olan sürücülər və sərnişinlər yanaraq ölüblər.

Hadisə yerində təhqiqat aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR