O, fermada iki ildən artıqdır yaşayırdı. Burada Alışanovun uşaqları böyüyüb. Andrey ailə üçün əlindən gələni edib, hətta onlar üçün xüsusi olaraq inəklər də alıb ki, Samirin uşaqlarının masasında həmişə təzə süd olsun. Lakin Alışanov bütün bu xeyirxahlığa oğurluqla cavab verib."Biz artıq yanvarın 1-də səhər saat 5-də polisə ərizə vermişik, sonradan ayın 8-də bildirdilər ki, cinayət işi qaldırıblar. Amma bu günə qədər işi aparmaq üçün müstəntiq təyin olunmayıb, faktla bağlı heç bir araşdırma aparılmayıb" fermer təsərrüfatının sahibi deyir.Məlum olub ki, Alışanov Aleyevin fermasından başqa Xonıx stansiyasında yaşayan daha bir neçə sakinin də onlarla qoyununu oğurlayıb. Hərçənd polis faktla bağlı cinayət işi qaldırmağa tələsməyib.
Belə görünür ki, Alışanov bu cinayətə əvvəlcədən hazırlaşıb. Çünki bir gecənin içində o qədər oğurluq qoyunu satmaq real deyildi.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:
