"Biz gənclər şəhidlərimizin yolunu davam etdirməyə hazır olmalıyıq"

Qardaşım Əfqan Yəhyayev 1992-ci ildə Xocavənd rayonunun Kuropatkino kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Bizim üçün bütün şəhidlərin xatirəsi əzizdir. 20 Yanvar hadisələri xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindəndir. Həmin gecə insanlar sovet ordusunun tanklarının qarşısına silahsız, əliyalın çıxmışdı. Biz şəhidlərimizlə fəxr edirik. Bu gün onların sayəsində müstəqil, qüdrətli Azərbaycanda yaşayırıq.

Bu fikirləri Xaçmazda Şəhidlər xiyabanını ziyarət edən şəhid qardaşı Bilal Yəhyayev deyib.

B.Yəhyayev bildirib ki, bu xiyabanda onun qardaşı ilə yanaşı, 230-dan çox xaçmazlı şəhidin xatirəsi əbədiləşdirilib. “Onların hamısı mənim üçün doğmadır. Biz gənclər şəhidlərimizin haqq yolunu davam etdirməyə hazır olmalıyıq. Düşməndən qisas almalı, işğal altındakı torpaqlarımızı erməni işğalçılarından azad etməliyik”, - deyə B.Yəhyayev vurğulayıb.//AzərTAc

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR