"Bu yara Azərbaycan və Türkiyə xalqlarının yaddaşında hələ də təzədir”

Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq.

Metbuat.az xəbər verir ki, bunu 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Türkiyə ölkəsinin müstəqilliyi üçün canını qurban vermiş qardaş Azərbaycanın oğul və qızlarını heç vaxt unutmayacaq:

“20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, bu yara Azərbaycan və Türkiyə xalqlarının yaddaşında hələ də təzədir”.

Administrasiyadan onu da bildiriblər ki, Türkiyə həmişə və bütün məsələlərdə Azərbaycanı dəstəkləyir: "Təbii ki, Azərbaycan da Türkiyəni hər zaman dəstəkləyib və dəstəkləyir".

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR