Azərbaycan Premyer Liqası dünya reytinqində 20 pillə gerilədi

Azərbaycan Premyer Liqası dünya reytinqində 20 pillə gerilədi
10:57 21 Yanvar 2019
53 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı liqalarının siyahısını açıqlayıb. Milli.Az matç.az-a istinadən xəbər verir ki, 2018-ci ilin yekunlarına əsasən tərtib olunan cədvəldə planetin ən yaxşı 80 çempionatı yer alıb.Siyahıda Azərbaycan çempionatı da var. Topaz Premyer Liqası ötən ilin nəticələrinə görə dünyada 70-cidi. Çempionatımızın əmsalı 306 xala bərabərdi.Bir il öncə - 2017-ci ilin yekunlarında dünyanın 50-cisi olan Premyer Liqamız bu müddətdə 20 pillə geriləyib.Son bir ildə ABŞ, Çili, İrlandiya, Latviya, Qvatemala, Estoniya, Kosta-Rika, Tailand, Macarıstan, BƏƏ, Anqola, Gürcüstan, Peru, Litva, Venesuela, Əlcəzair, Slovakiya, Qətər, Zambiya və Konqo çempionatları Premyer Liqamızı keçib.Qeyd edək ki, siyahıya İspaniya La Liqası başçılıq edir - 1256 xal. İngiltərə 1050 xalla 2-ci, Braziliya 1043 xalla 3-cüdü. İlk "onluq"da Kolumbiya (1028), İtaliya (998), Argentina (902), Fransa (895), Almaniya (834,5), Şotlandiya (720,5) və Portuqaliya (714,5) çempionatları da yer alıb. Qonşu Türkiyə 6 pillə geriləyərək 570,5 xalla 20-ci sırada qərarlaşıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR