Müəllim şagirdinin ailəsi üçün ev tikdirdi

Türkiyənin Kayseri şəhəri yaxınlığındakı bir qəsəbədə ibtidai sinif müəlliməsi ağır vəziyyətdə yaşayan şagirdinin ailəsinə kömək etmək üçün bir xeyriyyə kampaniyası təşkil edib.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Yeni Şafak” qəzeti məlumat yayıb. Üçüncü sinif şagirdi Nejat Özdenin məktəbdə heç nə yemədiyi və özü ilə nahar gətirməməsi müəllim Aişə Okmenin diqqətini çəkib. Məlum olub ki, qızcığaz məktəbə gələrkən səhər yeməyi də yemir, çünki evlərində yeməyə bir şey yoxdur. Bunu bilən kimi müəllimə həmin ailəni ziyarət edib. Gördükləri onu şoka salıb. Nejatın və kiçik bacısının valideynlərinin görmə əlilliyi ucbatından işləyə bilmədikləri bəlli olub. Ailənin yeganə gəlir mənbəyi əlillik təqaüdləridir. Üçüncü sinif şagirdi Nejat ailəsinin, az da olsa, qidalanması üçün bütün yayı çobanlıq edib.

"Evləri demək olar ki, boş idi. Hamam yox idi, mətbəx yalnız qismən təchiz olunmuşdu, soyuducuda isə heç bir qida görmədik, istilik sistemi qoşulmamışdı", - deyə müəllimə bildirib.

Aişə Okmen ilk növbədə ailəni aclıqdan xilas etməyə çalışıb, onları bir müddət ərzaqla təmin edib. Müəllimin böyük qardaşı Nejatın evini təmir etməyi təklif edib. Amma ev ailənin mülkiyyəti olmadığından bu fikirdən çəkiniblər. Yeganə variant ailə üçün yeni bir ev tikmək olub...

Müəllimin iş yoldaşları, dost və tanışları 9 yaşındakı məktəbli qızın ailəsinin çətin vəziyyətini öyrənərək onun təşəbbüsünü dəstəkləyib. Bu minvalla məktəb və qəsəbədə "Nejat üçün öz kərpicinizi qoyun" adlı xeyriyyə kampaniyası başladılıb. Nəticədə birgə çalışmaqla cəmi 3 ay müddətində əlillər ailəsi üçün istilik sistemi və bütün rahatlığı olan gözəl bir ev qurulub. Mebel və digər ev əşyalarını qonşular və xeyriyyəçi adamlar bağışlayıb.

"Biz evi mümkün qədər rahat etməyə çalışdıq. Sanki özümüz üçün tikirdik. Nejatın yeni evə yerləşən ailəsi çox məmnun qaldı. Bu xeyirxah işə qoşulan hər kəsə təşəkkür edirəm ",-deyə fədakar müəllim Aişə Okmen bildirib.

Sabah Bakıda güclü külək əsəcəyi gözlənilir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR