Açıq KARTLAR, 20-25 dəqiqəlik MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
80 baxış·5 dəq oxu
Türkiyənin xarici işlər naziri Mövlud ÇavuşoğluDağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu işinə
başlayıb.Almaniya kansleri Angela Merkellə Fransa
Prezidenti Emmanuel Makron Aaxen şəhərində Alman-Fransız İş Birliyi
və İnteqrasiya Razılaşmasına imza atıblar.İsrailin
Suriyaya hava hücumunda 12 İran əsgəri öldürülüb.
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda
sabitlik mümkün deyil. Bu barədə Türkiyənin xarici
işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşündə
deyib.
Qafqazdakı vəziyyətə toxunan nazir bildirib ki, Dağlıq Qarabağ
münaqişəsi regionun sabitliyi üçün təhdiddir: “Qarabağ münaqişəsi
nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün
Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz
2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik”.
M.Çavuşoğlu vurğulayıb ki, erməni lobbisi dünyada Türkiyə
əleyhinə aktiv fəaliyyət göstərməyə davam edir.
ABŞ prezidenti Donald Tramp baş nazir təyin edilməsi
münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda
Ermənistandakı siyasi dəyişikliyi salamladığını, həmçinin, tezliklə
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunacağına
ümid etdiyini bildirdi. Rusiya KİV-i Trampın
məktubunda deyilən sözlərin əslində Rusiyanı Cənubi Qafqazdan
çıxarmaq məqsədinin olduğunu iddia edirlər.
ABŞ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qarabağda müharibəni
başlatmaq istəyir. Rusiya bir neçə media orqanı bu tezislə çıxış
edir. Rusiya KİV-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi”
hesab olunan kəşfiyyat-analitik mərkəzinin proqnozunu
xatırladır.
ABŞ Qarabağda müharibəni hazırlayır - Rusiyadan SENSASİON XƏBƏRDARLIQ
Ermənistan hakimiyyəti təbii qaz üzrə daxili
tariflərin saxlanılması haqqında “Qazprom”la
razılaşdı. Bu haqda Ermənistanın baş naziri Nikol
Paşinyan Davos İqtisadi Forumun kuluarlarında deyib.
“Ölkə daxilində qazın tarifi dəyişməyəcək və biz son razılığa
gəlmək üçün “Qazprom”la danışıqları davam etdirəcəyik. Qazın
uzunmüddətli qiymətini uyğunlaşdırmaq bizim üçün çox
əhəmiyyətlidir. Hazırda Avrasiya İqtisadi İttifaqı çərçivəsində
qazın və energetikanın ümumi bazarlarının yaradılması haqqında
müzakirə gedir”, - baş nazir qeyd edib.
Suriyada 2015-ci il noyabrın 27-dən etibarən hər
hansı hücumun hədəfi olmayan ABŞ son bir həftə ərzində iki dəfə
hücuma məruz qaldı. Bundan başqa, İsrailin Suriyada ötən ilin
mayından bu yana İranın hərbi nöqtələrinə qarşı ən genişmiqyaslı
hücumunu həyata keçirdi. Ekspertlər bu hücumların
ABŞ-ın Suriyadan çəkilmə qərarı ilə birbaşa bağlantısının olduğunu
bildirirlər.
ABŞ-a “İŞİD-in hücumları”nın ŞOK SƏBƏBİ: kartlar açıq oynanılır
Suriyada hökumət gücləri və İran tərəfindən
dəstəklənən qruplar Rusiya və Türkiyə arasında imzalanan Soçi
razılaşması ilə təhlükəsiz zona elan edilən İdlib vilayətinə hücum
edib. İdlibin cənubu top atəşinə məruz qalıb.
Mülki müdafiə mənbələri ölü və yaralananlar haqqında məlumat
olmadığını bildiriblər. Hazırda Soçi razılaşmasına uyğun olaraq
Türkiyə İdlib vilayətində nəzarət-müşahidə məntəqələri qurub.
Yanvarın 21-də gecə saatlarında Suriyada İsrail
tərəfindən məhv edilən Rusiya istehsalı “Pantsir-S1” zenit-raket
kompleksi İsrailin “SkyStriker” pilotsuz uçuş aparatı ilə
vurulub. Bu barədə “İzvestiya” nəşrində hərbi ekspert
Vladislav Şurıqin yazıb.
Rusiya raket kompleksini yox edən silah Azərbaycanda: Ermənistanı silkələyən “GECƏ QATİLLƏRİ” - FOTO/VİDEO
Ötən gecə İsrailin Suriyaya hava hücumunda 12 İran
əsgəri öldürülüb. Bu haqda Londonda yerləşən Suriya
İnsan Hüquqları Təşkilatının (SOHR) xəbərində deyilir.
Rusiya hələ “Avanqard” hipersonik kompleksinin
Silahlı Qüvvələrdə meydana çıxmasından əvvəl ABŞ-la müharibəyə
hazır idi. Bu haqda TVS telekanalın efirində
politoloq və şərqşünas Yevgeni Satanovski bildirib.
ABŞ və Rusiya arasında silahlı konfliktin baş vermə ehtimalını
qiymətləndirən ekspert 2018-ci ilin martında ABŞ-ın Suriyanı
növbəti raket zərbəsi ilə hədələməsini, ardınsa Rusiya prezidenti
Vladimir Putinin xəbərdarlığını xatırladıb.
“Prezident dedi ki, Suriya üzrə zərbələr zamanı bizim hərbi
qulluqçularımız məhv olarsa, onda dənizdə üzən və havada uçanlar
bütün platformalara zərbələr endiriləcək, batırılacaq və
düşürüləcək”, - Satanovski deyib.
Politoloq bildirib ki, artıq ABŞ-ın zərbəsindən sonra Rusiyanın
müdafiə naziri Sergey Şoyqu və Baş qərargahın başçısı Valeri
Qerasimovla söhbət edib: “Mən sonra bu iki insandan soruşdum: biz
həqiqətən buna hazır idik? “Bəli” hər ikisi dedilər. “Nə qədər vaxt
lazımdır?”, - soruşdum. “Dəqiqələr, 20, bəlkə də 25”, - cavabını
aldım”, - Yevgeni Satanovski yekunlaşdırıb.
İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi
Forumu işinə başlayıb. Forumun əsas mövzusu bu il
"Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal
arxitekturanın formalaşması"dır.
Davos forumuna 110 ölkədən 3 mindən çox iştirakçı toplanıb.
Forumda 60-dan çox dövlət başçısının iştirak edəcəyi gözlənilir.
ABŞ Administrasiyasının nümayəndə heyəti "şatdaun"a görə Davosa
getməyəcək.
Bu gün Almaniya kansleri Angela Merkellə Fransa
Prezidenti Emmanuela Makron Aaxen şəhərində Alman-Fransız İş
Birliyi və İnteqrasiya Razılaşmasına imza atıblar.
Yeni razılaşma 22 yanvar 1963-cü ildə Almaniya kansleri Konrad
Adenauerlə Fransa Prezidenti Şarl de Qoll arasında imzalanan
Yelisey razılaşmasının əsasında hazırlanıb. Yeni razılaşmanın 7
başlıq, 28 maddə və 16 səhifədən ibarət olduğu vurğulanıb.
Almaniya kansleri Angela Merkel Yelisey razılaşmasının 56-cı
ildönümündə Berlinin Fransa ilə iş birliyini artırmaq məqsədiylə
imzaladığı Alman-Fransız İş Birliyi və İnteqrasiya sazişinin Avropa
ordusunun yaradılması istiqamətində ilk addımlar olduğunu
bildirib.
ABŞ-ın və Koreya Xalq Demokratik Respublikasının
kəşfiyyatları artıq 10 ildir əlaqədə idilər. Bu haqda
“The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən
bildirib.
Xəbərə görə, iki ölkənin kəşfiyyatı 2009-cu ildən “məxfi
konsultasiyalar” keçirirdi və onların arasında xüsusi əlaqə
kanalları mövcud idi. Son 10 ildə Amerika kəşfiyyatının
nümayəndələri Şimali Koreyadan olan həmkarları ilə
görüşürdülər.
Bütün dünyanı belə aldadıblar: son 10 ildə… - ŞOK İDDİA