Ağdərədə erməni sakin çaqqal əvəzinə oğlunu güllələdi

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində silahlı insident baş verib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 22-də Ağdərə rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 37 yaşlı erməni sakin "MK Sayqa" ov tüfəngi ilə çaqqal əvəzinə təsadüfən 11 yaşlı oğlunu güllələyib. Açılan atəş nəticəsində oğlan baş nahiyəsindən ağır güllə yarası alıb. Silah polis tərəfindən müsadirə olunub. Faktla bağlı araşdırma aparılır.

Bu il Bakıya QAR YAĞACAQ? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR