“Volvo” 200 mindən çox avtomobili geri çağırıb

İsveçin “Volvo” avtomobil konserni yanacaq sistemində problemlərin yaranması ilə əlaqədar dünyanın hər yerindən 200 mindən çox avtomobilinin geri çağırıldığını elan edib.

Metbuat.az AzərTAc-a istinadən xəbər verir ki, çox güman, söhbət yanacaq şlanqındakı çatlardan gedir.

Hazırda konserndə zay sayılmış detallar ilə bağlı hər hansı şikayət qeydə alınmayıb. Lakin üzə çıxarılan qüsur onsuz da aradan qaldırılmalıdır. Bu, şirkət tərəfindən ehtiyat tədbiri kimi nəzərdən keçirilir.

Qeyd edək ki, zay detallar pulsuz əvəzlənəcək.

Bu il Bakıya QAR YAĞACAQ? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR