Bu gün özündə həddindən çox dəyişiklik edən modellərə tələbat daha çoxdur. Təbii görünüşə o qədər də dəyər verilmir.Milli.Az bildirir ki, bu fikirləri Baku TV-yə müsahibəsində vaxtilə ərəb şeyxlərindən birinin qızından evlilik təklifi alan "Mister Azerbaijan 2017" müsabiqəsinin qalibi model Əli Hüseynov səsləndirib. "İnsanlar var ki, özlərini elə hala salıblar ki, baxan bu sahədən utanır. Şəxsən mən həmin insanları gördükdə özümdən utanıram. Onlara görə normal modellərin də səviyyəsi aşağı düşür. Hətta bəzi qadınlar da var, ümumiyyətlə, modellik adı ilə başqa sahələrlə məşğuldurlar".Müsahibimiz bu sahədə heç bir iş görməyib özünü model kimi təqdim edənləri də tənqid edib. O bildirib ki, modellik təkcə görünüşdən ibarət deyil."Hazırda bu sahə ölkədə inkişafdan qalıb və məvacib də o qədər yuxarı deyil. Mən öz üzərimdə çalışım, bu sahənin təhsilini alım, mənə də eyni qiymətə təklif gəlsin, sadəcə, görünüşünə görə modelliyə aidiyyəti olmayan birinə də. Bu, nə dərəcədə düzgündür?Bu sahənin çətinliklərinə gəldikdə, Azərbaycanda model kifayət qədər zülm çəkir. Çəkiliş zamanı səhərdən-axşama iş olur, istirahət, demək olar ki, olmur. "Made in Azerbaijan" brendi yaransa, öz markamız olsa, modellik sahəsi inkişaf edər".Milli.Az Videonu izləmək üçün şəklə klikləyin:
Ərəb şeyxinin qızına “yox” deyən azərbaycanlı modellə müsahibə - VİDEO
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
26 Aprel 2024
19:15
Sərhəddə nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Aprel 2024
19:05
Bu dərmanlar gözə zərər vura bilər -
26 Aprel 2024
18:04
Qızıl və gümüşün qiyməti üzrə proqnoz
26 Aprel 2024
17:47
Prezident Berlində
26 Aprel 2024
17:30
İlham Əliyev Almaniya XİN başçısı ilə görüşdü
26 Aprel 2024
17:26
Prezident İlham Əliyevin BƏƏ naziri ilə görüşü başlayıb -
26 Aprel 2024
17:21
Bakıda avtomobil arakəsməyə çırpıldı -
26 Aprel 2024
17:05
"Crocus"la bağlı daha bir şəxs
26 Aprel 2024
17:01
Bu bürclər mayda
26 Aprel 2024
16:53