Yaponiyanın "Toyota Motor" və "Panasonic" şirkətləri elektromobillər üçün akkumulyatorlar buraxacaq birgə müəssisə yaratmağı planlaşdırırlar.Milli.Az ICTnews-a istinadən bildirir ki, müəssisənin yaradılması barədə ictimaiyyətə yaxın vaxtlarda məlumat veriləcəyi gözlənilir.İlkin məlumatlara görə, "Toyota" müəssisənin səhmlərinin 51 faizinə, "Panasonic" şirkəti isə 49 faizinə sahib çıxacaq. Bununla yanaşı, "Panasonic" Yaponiya və Çində yerləşən beş yeni istehsalatı birgə müəssisəyə təhvil verəcək. ABŞ-da yerləşən və ölkənin "Tesla" avtomobil istehsalçısı ilə tərəfdaşlıqda fəaliyyət göstərən zavod hazırkı statusunu qoruyacaq. Məlumata görə, Yaponiya nəhəngləri diqqəti mövcud litium batareyalarla müqayisədə böyük enerji sıxlığına malik və daha təhlükəsiz olan bərk cisimli litium batareyalarının istehsalına yönəldəcəklər.Bildirilir ki, 2020-ci ilədək tərəfdaşlar hazırda hibrid nəqliyyat vasitələrində istifadə edilən akkumulyatorları tutumuna görə 50 dəfə üstələyən akkumulyatorların seriyalı istehsalına başlamağı nəzərdə tuturlar. Akkumulyatorların "Toyota Daihatsu Motor", "Mazda Motor", "Honda Motor" və "Subaru" şirkətlərinə tədarük ediləcəyi gözlənilir.Milli.Az
“Toyota” və “Panasonic” elektromobillər üçün akkumulyatorlar istehsal edəcək
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı gözlənilir
26 Aprel 2024
11:06
Qurban Qurbanovu istəyən “Beşiktaş”ın əsas hədəfi bilindi
26 Aprel 2024
10:57
Bakıda qadın geyiminə görə mağazadan qovuldu -
26 Aprel 2024
10:27
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü -
26 Aprel 2024
10:25
27 il əvvəl torpağın altında qalan şəxs sağ tapıldı -
26 Aprel 2024
10:21
Xocavənddə xeyli partlayıcı aşkarlandı -
26 Aprel 2024
10:13
NİİM piyadalara
26 Aprel 2024
10:10
"Dalğa-2024" birgə taktiki təlimi
26 Aprel 2024
10:04
Laçına köçən jurnalistə vəzifə verildi -
26 Aprel 2024
09:59
Rubl yenə bahalaşdı -
26 Aprel 2024
09:45