2009-cu ildə itkin düşən pişik 10 il sonra ortaya çıxıb. Pişiyin 10 il müddətində qonşunun evində yaşaması isə hadisəni daha da maraqlı edən nöqtə olub.
Metbuat.az xarci mediaya istinadla bildirir ki, pişiyin 39 yaşlı sahibi Aleks Elliot 10 il əvvəl sevimli pişiyi Lilliy itdikdə çox kədərlənib. Aleks və ailəsi itkin elanları verərək onu axtarmağa başlayıblar. Tapmadıqda isə bir avtomobil tərəfindən əzildiyini düşünərək ümidlərini itiriblər.
Aradan 10 il keçdikdən sonra Lilliy və Aleks bir baytar klinikasında qarşılaşıblar.
Lilly 10 il əvvəl sahibsiz hesab olunaraq bir adam tərəfindən sahiblənilib. İşin qəribə tərəfi isə Lilliyni sahiblənən adamın Alekslə eyni məhəllədə yaşaması olub.
Baytar klinikasından Aleksə gələn zəngdə pişiyin orda olduğu və mikroçipindən alınan məlumata görə sahibinin Aleks olduğu deyilib.
Baytar Lillynin sahibi tərəfindən tərk edildiyini bildirib
Aleks 10 il sonra pişiyini tapmasına çox sevindiyini bildirib.