Amerikanın Lousiana əyalətində yaşayan 3 uşaq anası Lomikie Conson dəri ağarması kimi bilinən Vitiligo xəstəliydən əziyyət çəkir. Conson xəstəliyi üzündən insanların xarici görünüşünə yönəlmiş təhqirlərlə illərdir mübarizə aparır.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 25 yaşında olarkən başlayan xəstəliyin ilk əlamətləri qollarında başlayıb. Qollarda başlayan kiçik ağ ləkələr yavaş-yavaş bütün bədəninə yayılıb. Conson insanların xarici görünüşünə etdiyi təhqirlərə məruz qalaraq, illərdir şiddətlə mübarizə aparır.
O, bədənini sevdiyini və bu şəkildə olmasını “hədiyyə” olaraq gördüyünü deyərək özünü “Vitiligo tanrıçası” adlandırıb.
38 yaşlı qadın özü kimi olan qadınlara dəstək olmaq üçün model olaraq çalışmağa başlayıb və “Dünyanı gücləndirən ləkəli qız” adlı bir kitab da yazıb.
Conson 3 uşağı və ona daima dəstək olan həyat yoldaşı ilə xoşbəxt olduğunu bildirib.






