“Azərbaycanda uşaqların övladlığa verilməsi ilə bağlı
yaş məsələsinə yenidən baxılacaq, dünya təcrübəsi
öyrəniləcək”.
Publika.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti
şöbəsinin müdiri Sabir Qocayev “Övladlığagötürmə sahəsində
idarəetmənin təkmilləşdirilməsi” mövzusunda mətbuat konfransında
çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda uşaqları övladlığa götürmək istəyən
şəxslərin yaşı arasındakı fərqlə bağlı tələb var.
“Yaş məsələsi ilə bağlı əksər dünya ölkələrinin Türkiyə və
Avropanın təcrübəsini araşdırmışıq. Bununla bağlı minimum və
maksimum yaş həddi var. Yaş limiti evli və tək olan şəxslər üçün
fərqlidir. Bunlar hazırda işlənir. Biz beynəlxalq təcrübə ilə
Azərbaycan reallıqlarını nəzərə alacağıq".
Şöbə müdiri qeyd edib ki, tək ana və atanın maddi imkanları, sosial
vəziyyəti, həmin ailədə yaşayan digər şəxslərin də xəstəlikləri,
əvvəllər məhkum olub olmadığı nəzərə alınacaq.