Fransada təyyarə məcburi eniş etdi - Sərnişinə görə

Fransada təyyarə məcburi eniş etdi - Sərnişinə görə
12:55 25 Yanvar 2019
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Transavia” aviaşirkətinin Paris-Tunis reysini həyata keçirən təyyarə Nitsa hava limanında məcburi eniş etməli olub.

Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin aqressiv davranışı səbəb olub.

Qeyd olunur ki, 30 yaşlı Tunis vətəndaşı uçuş zamanı pilot kabinəsinə daxil olmağa çalışıb və heyət üzvlərinə hücum edib.

Təyyarə Nitsada eniş etdikdən sonra sərnişin polisə təhvil verilib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3010469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR