Türkiyənin İzmir şəhərində yaşayan 49 yaşlı Funda Aytaç 2 il əvvəl uşaqlıq xəyalı olan taxta oyuncaq istehsalına başlayıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Funda Aytaç kiçik bir dəzgah üzərinə sərdiyi əldə hazırlanmış oyuncaqlarla başladığı bu yolda zamanla bir çox qadını işlə təmin edən bir müəssisənin sahibinə çevrilib. Aytaç əl işi olan bu taxta oyuncaqların qeyri-sağlam plastik oyuncaqları geridə buraxdığını və uşaqların da bu oyuncaqlarla sevərək oynadıqlarını bildirib.

Bu oyuncaqlar təkcə uşaqların deyil yetişkin insanların və kolleksiyaçılarında diqqətini çəkir. Oyuncaqların qiymətləri isə 50 ilə 100 manat arasında dəyişir. Hazırda 7 fərqli satış nöqtəsi olduğunu deyən Aytaç daha çox yerlərdə mağaza açmağı planlaşdırır.

Uşaqlıq xəyalını uğurla həyata keçirdi

Uşaqlıq xəyalını uğurla həyata keçirdi

Uşaqlıq xəyalını uğurla həyata keçirdi

http://metbuat-az.com/news/1116258/deri-qullugunda...