2. Qan təzyiqinin aşağı salınmasında çuğundur şirəsinin rolu böyükdür. Aparılan araşdırmada könüllülər gün ərzində 500 ml çuğundur şirəsi qəbul etmişlər. 3 saatdan sonra onların qan təzyiqində azalma müşahidə edilib. Bu effekt çuğundur pəhrizi saxlayan insanlarda daha yaxşı meydana çıxır. Səbəbi onun tərkibində olan nitratların orqanizmdə azot oksidinə çevrilməsidir. Azot oksidi qan damarlarını genişləndirərək təzyiqin aşağı düşməsinə səbəb olur.3. Çuğundur dəridə, prostat vəzində, süd vəzində və ağciyərlərdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Ona bu xüsusiyyəti verən maddə betain maddəsidir.
4. Çuğundur beynin fəaliyyətini artırır. Onun tərkibində olan nitratlar beyinin oksigensiz qalan hissələrinin işini yaxşılaşdıraraq yaddaşı qüvvətləndirir. 5. Qaraciyər orqanizmin təmizlənməsində əhəmiyyətli rol oynayır. Amma toksik maddələrin bu orqanda yığılması nəticəsində onun işi pozulur. Çuğundur şirəsi qaraciyər hüceyrələrini toksinlərdən qoruyaraq onu təmizləyir.
6. Çuğundurun tərkibində olan betain maddəsi hüceyrələrda əsasən də qaraciyər hüceyrələrində piy toplanmasının qarşısını alaraq onları cavan saxlayır. Buna görə də, çuğundurdan qaraciyərin hepatozunun praflaktikasında istifadə edilir. Həkimlər bildirirlər ki, qırmızı rəngli tərəvəzlərin şirəsindən gün ərzində 5-6 fincandan çox istifadə məsləhət deyil!Milli.Az