Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib ki, hökumət Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən oğurlanan bütün yaponların gələn ay nəzərdə tutulan ABŞ-KXDR sammitinədək vətənə qaytarılmasında qətiyyətlidir.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oğurlanma probleminə cavabdeh olan Y.Suqa bu barədə Oskada keçirilən yığıncaq zamanı bildirib. Həmin tədbir mərkəzi hökumət ilə Osaka prefekturasının rəhbərliyi tərəfindən ictimaiyyətin oğurlanma ilə əlaqədar daha ətraflı məlumatlandırılması məqsədilə təşkil olunub.Y.Suqa deyib ki, Yaponiya ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edərək oğurlanmış yapon vətəndaşlarının hamısının tezliklə vətənə qaytarılması üçün mümkün olan bütün addımları atacaq.Milli.Az