Xalq artisti Firəngiz Mütəllimova 42 il əvvələ aid fotosunu paylaşıb. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisa sosial şəbəkə hesabındakı fotosunun altından İncəsənət Universitetinin birinci kursunda oxuyarkən qeydini yazıb:"1977 ci il. Dram və kino aktyorluğunun birinci kurs tələbəsi".İzləyicilər şərhlərində aktrisanın çox gözəl və məsum göründüyünü bildiriblər.Qeyd edək ki, Firəngiz Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları verilib. ADMİU-nun dosentidir.Aktrisa "Səni axtarıram" adlı teletamaşada oynadığı Gülnar obrazı ilə şöhrət tapıb.Milli.Az