Türkiyədə daxili işlər naziri Süleyman Soylunun avtomobil kortejində ağır qəza olub.
Metbuat.az virtualaz.org-a istinadən bildirir ki, Antalyanın Serik qəsəbəsi yaxınlığında naziri müşayiət edən mühafizə dəstəsinin avtomobili sürüşkən yolda aşıb. Qəza nəticəsində maşında olan 4 polis xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar.
Bildirilir ki, hadisəyə yağışlı havada sürət həddinin düzgün seçilməməsi səbəb olub.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla