Polis əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Nizami RPİ-nin25-ci Polis Şöbəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisindəki mənzillərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparan qrupun digər üzvü, Lənkəran rayon sakini N.Niftullayev də müəyyən edilərək saxlanılıb.

DİQQƏT! Bu balıqları YEMƏYİN - QURD VAR - Oxumaq üçün tıkla